2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 507,9 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 493,6 ton və ya 16,4% azalıb.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 3 001,5 ton təşkil edib.
01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 234,8 ton təşkil edib ki, bu da illik müqayisədə 197,9 ton və ya 45,7% azdır.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 432,7 ton olub.