Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başa çatıb. 2023-cü ildə 1010,5 min ton və ya 2022-ci ilə nisbətən 5,9 faiz az kartof, 1825,6 min ton (0,1 faiz çox) tərəvəz, 438,2 min ton (6,6 faiz az) bostan məhsulları, 1261,3 min ton (0,7 faiz çox) meyvə və giləmeyvə, 224,5 min ton (5,6 faiz çox) üzüm, 1,1 min ton (12,3 faiz çox) yaşıl çay yarpağı, 29,3 min ton (0,2 faiz az) günəbaxan, 219,8 min ton (1,3 faiz az) şəkər çuğunduru, 6,3 min ton (24,9 faiz çox) tütün və 276,1 min ton (14,4 faiz az) pambıq yığılıb.
Azərbaycanda 59 milyard manatlıq satış - Bir nəfər ayda 484 manatlıq alış-veriş edib
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci illə müqayisədə 2,8 faiz çox məhsul götürülüb. 2023-cü ildə istehsal olunan dənli və dənli paxlalı bitkilərin 1833,8 min tonunu və yaxud 56,4 faizini buğda təşkil edib. Buğdanın məhsuldarlığı 33,8 sentner olub.
Bundan əlavə, 2023-cü ildə qarğıdalı da daxil olmaqla 948,3 min hektar sahədən, hər hektardan orta hesabla 33,0 sentner olmaqla, ilkin çəkidə 3248,6 min ton dənli və dənli paxlalı bitkilər toplanıb.