2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 263,6 kq qızıl hasil edilib ki, bu da 2023-cü ilin yanvar-fevral aylarının göstəricisindən 0,2% çoxdur.
Qızıl investorları ABŞ-ın inflyasiya məlumatlarını gözləyir
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda 125,3 kq, fevralda – 138,3 kq qızıl hasil olunub.
Yanvar-fevral aylarında 567,7 kq gümüş (artım 22,7%) hasil edilib.
Hasil edilən qızıl və gümüş emala göndərilib.
1 mart 2024-cü il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 219,6 kq, gümüş ehtiyatının həcmi 550,7 kq təşkil edir.
Hazırda Azərbaycanda qiymətli metal hasilatı “AzerGold” QSC və Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti tərəfindən həyata keçirilir. (İnterfaks-Azərbaycan)