İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) faiz dərəcələrini nə vaxt azaltmağa başlaya biləcəyinə dair ipuçları üçün çərşənbə axşamı istehlak qiymətləri indeksinin açıqlanmasını gözləyirlər.
FED.az xəbər verir ki, dünya bazarlarında külçə qızıl keçən həftə təxminən 5 faiz bahalaşıb.
Qızıl mart ayında dəyər qazanıb. FED-in faiz dərəcələrini azaltmağa nə vaxt başlayacağına dair proqnozda böyük bir dəyişiklik olmadığı nəzərə alınarsa, bu addım bəzi investorları təəccübləndirib. Keçən həftə Konqresdəki çıxışında FED sədri Jerome Powell mərkəzi bankın borclanma xərclərini (faizləri) azaltmazdan əvvəl inflyasiyanın 2 faizlik hədəfə doğru getdiyinə dair “daha çox sübuta” ehtiyacı olduğunu vurğulayıb. Siyasətçilər də oxşar bəyanatlar verdilər.
Qızıl Bakı vaxtı ilə saat 11:06-da 0,35 faiz ucuzlaşma ilə 2175 dollar/unsiya səviyyəsində ticarət olunub.
Ötən həftə qızılın unsiyasının qiyməti 2203 dolları görüb. İyun ayından etibarən faiz dərəcələrinin azalacağına dair gözləntilərin artması və "təhlükəsiz liman" tələbinin artması mart ayında külçə qiymətlərinin yeni rekord səviyyələrə yüksəlməsinə səbəb olub.
İnvestorlar faiz dərəcələrinin gedişinə təsir edəcəyi gözlənilən mühüm ABŞ inflyasiya məlumatlarından əvvəl müəyyən mənfəət əldə etdikləri üçün qızıl cüzi ucuzlaşaraq rekord səviyyələrdən aşağı düşüb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.