2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 173,9 milyon manat ($102,2 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 35,1% çoxdur.
Metallurgiya sənayesi məhsullarının istehsalı - 76% ARTIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 546,7 min ton sement (artım 29,8%), 6,3 min kubmetr betondan yığma tikinti konstruksiyaları (artım 50%), 9,1 min ton asfalt (azalma 37,7%), 84,4 min kubmetr tikinti kərpici (artım 3,7%) və 1 milyon 760,4 min kvadratmetr tikinti şüşəsi (artım 30,3%) istehsal edilib.
Bundan başqa, 551 min ton sement klinkeri (azalma 17%), 11,2 min ton tikinti gipsi (artım 23,1%), 731,6 milyon ton hazır beton qarışığı (artım 59,7%) və 3,9 min ton tikinti əhəngi (azalma 56,7%) istehsal edilib.
2023-cü ildə Azərbaycanda 1 milyard 180,3 milyon manat məbləğində (cari məzənnə ilə $694,3 milyon) tikinti materialları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 31,8% çoxdur. (İnterfaks-Azərbaycan)