2024-сü ilin yanvar-fevral aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində197,7 milyon manatlıq məhsul istehsal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Metallurgiya sənayesi məhsullarının istehsalında 75,9 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 2,4 faiz azalma müşahidə olunub.
2024-сü ilin yanvar-fevral aylarında metallurgiya sənayesi üzrə alüminium məmulatlarının istehsalı 2,2 dəfə, armatur istehsalı 85,1 faiz artıb, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan konstruksiyaların istehsalı isə 14,2 faiz azalıb.