Cari ilin yanvar-noyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 62 milyard 233,9 milyon manata çatıb.
Azərbaycanda orta aylıq əməkhaqqı - 15% ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6182,2 manatlıq gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirlər 55 milyard 761,6 milyon manat təşkil edib.