2023-cü ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana 1,842 min ton əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8% azdır.
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) bildirir.
Hesabat dövründə idxalın həcmi dəyər ifadəsində 83,827 milyon avro (ildən ilə artım 11,9%) təşkil edib.
Yanvar-iyun aylarında əczaçılıq məhsulları ixracatıçılarının ilk üçlüyünə daxildir: Almaniya – 486,3 ton (ildən ilə azalma 1,7 dəfə) (22,613 milyon avro, artım 3,4%), Macarıstan - 464,7 ton (artım 1,8 dəfə) (19,706 milyon avro, artım 1,5 dəfə) və Sloveniya – 219,3 ton (artım 3,3%) (10,342 milyon avro, artım 17,7%) təşkil edib.
İyun ayında Aİ ölkələri Azərbaycana 15,317 milyon avro dəyərində (ildən ilə artım 28,4%) 223,7 ton (azalma 2,1 dəfə) əczaçılıq məhsulları ixrac edib.
İyun ayında iri ixracatçıların ilk üçlüyünə daxildir: Almaniya - 3,387 milyon avro dəyərində (azalma 15,1%) 42,6 ton (azalma 7,5 dəfə), Macarıstan - 3,848 milyon avro dəyərində (artım 2,4 dəfə) 37,1 ton (artım 14,5%), Sloveniya - 1,958 milyon avro dəyərində (artım 14,7%) 37,3 ton (artm 18,8%) əczaçılıq məhsulları ixrac edib.
2022-ci ildə Aİ ölkələri Azərbaycana 137,640 milyon avro dəyərində (artım 1,4%) 3,458 min ton əczaçılıq məhsulları (2021-ci illə müqayisədə artım 31,8%) ixrac edib. (İnterfaks-Azərbaycan)