Bu ilin yanvar-mart aylarında tütün məmulatlarının istehsalı sahəsində orta aylıq nominal əmək haqqı 1609,3 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir,
İllik müqayisədə bu göstərici 213,5 manat (15,3%) artıb.
Belə ki, 2024-cü ilin müvafiq dövründə bu sahədə orta aylıq əmək haqqı 1 395,8 manat olmuşdu,
Hesabat dövründə bu sahənin dövlət sektoru üzrə əmək haqqı göstəricisi qeydə alınmayıb, qeyri-dövlət sektorunda isə orta aylıq əmək haqqı sahə üzrə ümumi göstərici ilə eyni, yəni 1 609,3 manat təşkil edib.