Laçın ayaqqabı fabrikində ay ərzində idman və klassik üslubda 1500 cüt ayaqqabı istehsal olunacaq.
“LATIFA” Laçın tikiş fabrikində gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq
FED.az xəbər verir ki, bunu "PİRSHAGHI" ayaqqabı fabriki Laçın filialının direktoru Anar Əliyev deyib.
O bildirib ki, Laçın Aqro-Sənaye Parkında fəaliyyətə başlayan fabrikin ümumi dəyəri 367,9 min manatdır:
“Burada əsasən Laçın rayonuna köçürülən sakinlər daimi işlə təmin olunacaq. Fabrikdə ilkin mərhələdə 15 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub”.
A.Əliyev müəssisədə müxtəlif üslublarda ayaqqabıların istehsal ediləcəyini diqqətə çatdırıb:
“Fabrikdə kişi, qadın və uşaqlar üçün ayaqqabıların istehsalı nəzərdə tutulub. Müasir avadanlıqlarla təchiz olunmuş müəssisə ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir.
Burada əsasən idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək. İstehsal edilən məhsulların həm daxili bazara çıxarılması, həm də Avropa ölkələrinə ixrac edilməsi planlaşdırır”.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 27-də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib. (Report)