2024-cü il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 321 min nəfəri keçib.
11 ayda qadın sahibkarlara 14,5 milyon manat - GÜZƏŞTLİ KREDİT VERİLİB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (26,7%), Lənkəran-Astara (10,2%), Qazax-Tovuz (7,9%) və Mərkəzi Aran (7,1%) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Qeyd edək ki, fərdi sahibkarların 77,3%-ni( 1 milyon 21 min nəfəri) kişilər, 22,7%-ni (299.8 min nəfəri) isə qadınlar təşkil edib.
Xatırladaq ki, ötən il kişi fərdi sahibkarların sayı 7,1% və ya 67.9 mi nəfər, qadın fərdi sahibkarların sayı isə 11.5% və ya 31 min nəfər artıb. (Apa)