Bu ilin yanvar ayında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 3,8 mlrd. manat olmaqla 2020-ci ilin eyni ayına nisbətən müqayisəli qiymətlərlə 8,2% azalıb.
Eləcə də bax: Azərbaycanda restoranların dövriyyəsi - 3 Dəfədən Çox Azalıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 2020-ci ilin yanvar ayı ilə müqayisədə 8% azalaraq 3,7 mlrd. manata bərabər olub, onun 47,8%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat ayında bir istehlakçı orta hesabla 382 manat və ya 2020-ci ilin eyni ayının göstəricisindən nominal ifadədə 20,5 manat az vəsait xərcləyib. (Apa)