Bu ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 3,2 dəfə azalaraq 35,5 mln. manat olub.
Eləcə də bax: Bakıda restoranların dövriyyəsi ötən il - 60%-dək Azalıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,8%-i hüquqi şəxslərin, 57,2%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar ayı ilə müqayisədə 3,1 dəfə azalaraq 14,9 mln. manat olub.
Qeyd edək ki, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır. (Apa)