2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda diri çəkidə 285,4 min ton ət, 1122,9 min ton süd, 1107,4 milyon ədəd yumurta, 14,0 min ton yun, 356,6 ton barama istehsal olunub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Azərbaycanda ötən ay tərəvəzlər - 13%-Ə YAXIN UCUZLAŞIB
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 2,7 faiz, yumurta istehsalı 12,0 faiz, barama istehsalı 5,1 faiz artıb, yun istehsalı isə 2,8 faiz azalıb.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,7 faiz, bitkiçilik məhsulları istehsalı 3,0 faiz artıb. (Trend)