Bu ilin yanvar-mart aylarında Azərbaycanda 4,2 min iş yeri bağlanıb.
Ötən il 13 min iş yeri bağlanıb
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 1,5 min daha çox iş yerinin bağlanması deməkdir.
Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında Azərbaycanda 2,7 min iş yeri bağlanmışdı. Ümumi olaraq 2025-ci ildə isə 13 min iş yeri bağlanmışdı. Yəni ötən ilin birinci rübünün sonundan bu ilin birinci rübünün sonuna kimi ölkədə 14,5 min iş yeri bağlanıb.
Qeyd edək ki, bu ilin birinci rübündə bağlanmış iş yerlərinin 44,1 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 12,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 87,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.













