Ötən il Bakıda dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqısı 2 min 644 manat olub.
Azərbaycanda orta aylıq maaş 1200 manata çatır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqısı 2024-cü illə müqayisədə 104 manat və ya 4,1% artıb. Belə ki, 2024-cü ildə Bakıda dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqısı 2 min 540 manat olmuşdu.
O cümlədən Bakı şəhərində inzibati vəzifələr üzrə rəhbər dövlət qulluqçularının orta nominal əməkhaqqısı 5 min 115 manat olub ki, bu da, 2024-cü ildəki 4 min 708 manatdan 407 manat və ya 8,6% çoxdur.
Qeyd edək ki, ötən il ölkə üzrə dövlət qulluqçularının orta aylıq əməkhaqqısı 2 min 59 manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 88 manat və ya 4,5% çoxdur. 2024-cü ildə bu məbləğ 1 971 manat idi.














