Bu ilin yanvar-aprel ayları ərzində keçirilən elektron satınalmaların sayı 1797, məbləği isə 860,4 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların sayında 14,2 faiz, məbləğ üzrə isə 13,9 faiz artım müşahidə edilib. Hesabat dövründə açılışı baş tutan müsabiqələr üzrə orta iştirakçı sayı 3,6 olub.
Rəqəmsallaşma satınalma proseslərini daha sürətli və nəzarət oluna bilən şəkildə həyata keçirməyə imkan verir, eyni zamanda xərclərin optimallaşdırılmasını təmin edərək resurslardan daha səmərəli istifadəni mümkün edir.


















