İran və ABŞ arasında müvəqqəti sülh müqaviləsinin imzalamasından sonra Hörmüz boğazından neft daşınmalarının bərpa olunması fonunda Çinə satılan İran xam neftinə tətbiq edilən endirimlərin miqdarı artıb.
İran Hörmüz boğazını yenidən bağladı – VƏZİYYƏT GƏRGİNLƏŞİR
FED.az xarici mediaya istinadla xəbər verir ki, treyderlərin və brokerlərin iyul ayında çatdırılacaq İran yüngül xam neftinin spot qiymətini “Brent” markalı neftin qiyməti ilə müqayisədə bir barel üçün 2,5-5 dollar arasında endirimlə təklif etdikləri bildirilir. Sülh razılaşması imzalanmadan əvvəl tətbiq edilən endirim təxminən 1 dollar idi.
Son günlərdə İranın Çabahar limanından ümumilikdə 20 milyon barel neft daşıyan ən azı 11 tankerin yola düşdüyü bildirilir. İran, həmçinin müvəqqəti razılaşma çərçivəsində ABŞ-nin dəniz blokadasının ləğv edilməsi səbəbindən təxminən 6 həftəlik fasilədən sonra əsas ixrac terminalı olan Xark adasında yükləmələri bərpa edib.
“Kpler”ə görə, təxminən 121 milyon barel İran nefti hələ də Körfəzdə və ətrafında tankerlərdə gözləyir. Həmin həcmlər sülh müqaviləsindən əvvəlki həftə ilə müqayisədə 5 faiz artıb. Bunun təxminən dörddəbiri Çin sahillərində və ya Sinqapur boğazında gözləyir.
İran neftinin təxminən 90 faizi Çinə ixrac olunur. Lakin daşınmalar tez-tez Malayziya mənşəli kimi yenidən etiketləndiyi üçün Çinin kağız üzərində 2022-ci ildən bəri İran xam neftini almadığı görünür.














