Moskvanın “Domodedovo”, “Şeremetyevo”, “Vnukovo” və “Jukovski” hava limanları müvəqqəti bağlanıb.
Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib, 180 PUA vurulub
FED.az xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyi-“Rosaviasiya” məlumat yayıb.
Bildirilib ki, Moskvanın bütün aeroportlarında təyyarələrin uçuş və enişinə məhdudiyyət tətbiq olunub.
***
Ukraynanın dron hücumu ilə əlaqədar Moskvanın üç hava limanında 150-yə yaxın reys təxirə salınıb və ya ləğv edilib.
FED.az xəbər verir ki, “Şeremetyevo” aeroportunda təxminən 95 reys təxirə salınıb, hava limanı "Xalça" planına görə müvəqqəti bağlanıb.
“Vnukovo” və “Domodedovo” aeroportlarında isə təxminən 55 reys təxirə salınıb.
Hazırda hava limanlarının razılaşma əsasında uçuşları qəbul etdiyi bildirilib. (Apa)














