Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti (VÖEN: 1500495621) yeni tender elan edib.
Abşeron rayonunda dövlət tenderlərini kimlər udur? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Göygöl rayonunda və Daşkəsən şəhərində 2 ədəd fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 210 min 658 manat təşkil edir.
Tenderdə iştirak haqqı 350 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Rəşad Cəfərov – Müqavilə və satınalma sektorunun müdiri /
[email protected] / +994 12 512 22 64
Şərtlərə görə, iddiaçılar təkliflərini 16 iyul 2026-cı il, saat 11:00-a qədər Bakı şəhəri Füzuli küçəsi, bina 69, 5-ci mərtəbə ünvanına təqdim edə bilərlər.















