ABŞ Maliyyə Nazirliyi İran neftinin hasilatı, satışı, tədarükü və ya yüklənməsinə 60 gün müddətinə (21 avqustadək) icazə verən müvəqqəti lisenziya verib.
İran Hörmüz boğazını yenidən bağladı – VƏZİYYƏT GƏRGİNLƏŞİR
FED.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu qərar İsveçrədə ABŞ və İran arasında davam edən məhsuldar danışıqlar zamanı əldə olunmuş razılaşmalar çərçivəsində qəbul edilib.
Bessent həmçinin bildirib ki, İran Hörmüz boğazından azad və maneəsiz tranziti təmin etməyi, eləcə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərini ölkəyə buraxmağı öhdəsinə götürüb.














