Biznesi inkişaf etdirmək üçün lazım olan əsas elementlərdən biri də vəsaitin cəlb edilməsidir. Biznesə pul gətirməyin yollarından biri banklar tərəfindən təklif olunan biznes kreditləridir. Bu kreditlər sahibkarların asan maliyyə tapmasına və öz bizneslərini daha da genişlənirməsinə şərait
FED.az biznes və maliyyə xəbərləri portalı bu dəfə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən biznes kreditlərinin şərtlərini (iyun, 2026) araşdırıb.
Araşdırmadan məlum olub ki, banklarda biznes kreditlərinin məbləğləri fərqlidir. Bəzi banklar 100 min manata kimi, bəziləri isə 10 milyon manata qədər biznes krediti ayıra bilir. Biznes kreditlərinin illik faiz dərəcəsi minimum 5%-dən başlayır.
İllik 5%-lik faiz dərəcəsi az görünsə də, bankların özlərinə aid olan biznes kreditlərində faiz dərəcələri daha yüksək 11-12%-dən başlayır. 5%-lik faiz dərəcəsi və 10 milyon manatlıq limit Biznesin İnkişafı Fondunun kreditlərinə aiddir.
Ödəmə müddəti isə məbləğindən və bankın şərtlərindən asılı olaraq dəyişir, adətən, 3 – 36 ay, 48 ay, ən çoxu 72 ay müddətdə kreditlər verilir. Bəzi banklarda isə kreditin verilmə müddətinə müəyyən qədər güzəşt müddəti əlavə edir.
Biznes kreditlərinin komissiya şərtləri də banklardan asılı olaraq dəyişir, komissiya haqları minimum 0,25%-dən başlayır. Bəzi banklarda isə komissiya haqqı yoxdur.
Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit şərtləri aşağıdakı cədvəldə:
|
№ |
Bank |
Məbləğ |
İlik faiz dərəcəsi başlayır |
Komissiya |
Müddət (ay) |
|
|
1 |
Azərbaycan Beynəlxalq Bankı ABB |
500 000 manata qədər |
14,5%-dən |
1% |
36 aya qədər |
|
|
2 |
Azər‐Türk Bank |
Tələbə uyğun |
11,5%-dən |
0.50% |
3 - 60 |
|
|
3 |
AccessBank |
10 000 manatdan 3 000 000 manata kimi |
12%-dən |
1% |
60 aya qədər, bəzi kredit növlərində 9 ay güzəşt müddəti |
|
|
4 |
AFB Bank |
200 000 manata qədər |
15%-dən |
0,5-1,3% |
3 - 36 |
|
|
5 |
Azərbaycan Sənaye Bankı |
Minimum məbləğ 5 000 manat, maksimum məbləği fərdi yanaşma əsasında |
12%-dən |
1% |
36 aya qədər |
|
|
6 |
Bank Respublika |
20 000 manatdan 5 000 000 |
10.50% |
1% |
60 aya qədər, |
|
|
7 |
Kapital Bank |
50 000 manatdan |
12%-dən |
0.30% |
60 aya qədər, 1 milyon manatlıq kreditdə 120 aya qədər |
|
|
8 |
Paşa Bank |
250 min manata qədər |
13%-dən |
0.60% |
36 aya qədər, 45 gün |
|
|
9 |
Unibank |
15 000 manatdan |
5%-dən |
0% |
48 aya qədər |
|
|
10 |
VTB bank |
7 000 000 manata qədər |
17%-dən |
0.25% |
60 aya qədər |
|
|
11 |
XalqBank |
Təlabata uyğun |
15%-dən |
0.50% |
72 aya qədər, 24 ayadək güzəşt müddəti |
|
|
12 |
Yelo Bank |
50 000 manatdan 5 |
11%-dən |
0,3-1% |
3 - 60 ay, 18 aya qədər güzəşt müddəti |
|
|
13 |
Ziraat Bank |
1,5 000 000 manata qədər |
14%-dən |
1% |
36 aya qədər |
|
|
14 |
Bank Avrasiya |
300 000 manata qədər |
12%-dən |
0.50% |
60 aya qədər |
|
|
15 |
Rabitəbank |
500 000 manata qədər |
15%-dən |
1% |
36 aya qədər |
|
|
16 |
Expressbank |
100 000 manata qədər |
12%-dən |
0,50% |
60 aya qədər |
|
|
17 |
Bank of Baku |
1 000 000 manata qədər |
11%-dən |
0%-dən |
3 - 48 |
|
|
18 |
Turan Bank |
500 000 manata qədər |
17%-dən |
0,5%-dən |
3 - 36 |
|
|
19 |
Bank Melli İran |
250 000 manata qədər |
16%-dən |
- |
6 - 60 |
|
|
20 |
Premium Bank |
750 000 manata qədər |
12%-dən |
1% |
6 - 48 |
|
|
21 |
Yapı Kredi Bank |
Məbləğ, faiz dərəcəsi, komissiya və müddət fərdi yanaşma ilə təsdiqlənir. |
||||















