Bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdla (rəsmi əmək müqaviləsi ilə – FED.az) çalışan işçilərin orta aylıq əməkhaqqı 1 151,5 manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 6,2% çoxdur.
Amma ölkədə əmək haqlarının məbləği sahələr və dövlət-özəl olmaqla fərqlənir. Belə ki, neft-qaz sektorunda orta aylıq əmək haqqı 4 792 manat, qeyri neft-qaz sektorunda 1 086 manat təşkil edib. Başqa sözlə, neft sektoru maaşların həcminə görə, qeyri-neft sektorunu 4 dəfə qabaqlayır.
Dövlət-özəl sahələrdə isə maaş fərqi elə də çox deyil. Dövldət təşkilatlarında işləyənlərin maaşları 1 126,1 manat, özəl müəssisələrdə isə 1 176,5 manat olub.
Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində işləyən işçilər alıb. Onların orta nominal əməkhaqqısı dövlət sektorunda 2 611,5 manat, özəl sektorda 5 min 529,1 manat təşkil edib.
Ən aşağı maaşı isə dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində fəaliyyət göstərənlər alıb. Bu sahədə dövlətə işləyənlərin orta əmək haqqı 1 593 manat olsa da, özəl sektorda bulələri cəmi 687 manat maaş alır.
İqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı barədə daha ətraflı:






![Azərbaycanda bu sahədə işləyənlər -[red] 5,5 MİN MANAT MAAŞ ALIR[/red] | FED.az](upload/news/small/2047368.jpg)
![Azərbaycanda bu sahədə işləyənlər -[red] 5,5 MİN MANAT MAAŞ ALIR[/red] | FED.az](upload/news/small/476018.jpg)








