Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 864,9 milyon manat təşkil edib.
Qiymət artımı dayanmır – Mərkəzi Bank inflyasiya proqnozunu dəyişdi
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,8% artıb.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,1 faizi hüquqi şəxslərin, 49,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 430,6 milyon manat olub.













