Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 826 kiloqram qızıl hasil olunub.
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - Müsbət saldoda 10 qat artım
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Komitənin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 200,3 kiloqram və ya 19,5 faiz azalıb.
Cari ilin may ayının 1-nə olan vəziyyətə ölkədə hazır qızıl ehtiyatlarının həcmi 84,1 kiloqram təşkil edib.
Eyni zamanda 2026-cı ilin ilk dörd ayında ölkədə 1 305 kiloqram gümüş hasil olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67,2 kiloqram və ya 5 faiz azdır.
Bu ilin mayın 1-nə olan vəziyyətə əsasən, ölkədə hazır gümüş ehtiyatlarının həcmi 84,1 kiloqram təşkil edir.
Ümumilikdə, Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 12,5 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz azalıb. (Trend)













