Cari ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 864,9 milyon manat olub.
"Servis haqqı" ləğv edilməlidir: "Əlavə ödəniş işçiyə çatmır"
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur. Xatırladaq ki, ötən ilin ilk dörd ayında ictimai iaşə dövriyyəsi 764 milyon manat olmuşdu.
Hesablamalardan məlum olur ki, bu il restoranlarda gündəli orta hesabla 7 milyon 208 min manat pul xərclənib. Ötən ilin yanvar-aprel aylarında bu məbləğ 6 milyon 367 min manat idi. Yəni bu il orta restoranlarda gündəlik orta hesabla 841 min manat daha çox pul xərclənib.
Qeyd edək ki, hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,1%-i hüquqi şəxslərin, 49,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 430,6 milyon manat olub.













