Ötən il Azərbaycanda dövlət qulluqçularının orta aylıq əməkhaqqısı 2 min 59 manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 88 manat və ya 4,5% çoxdur.
Bakıda dövlət qulluqçularının orta maaşı – 2 650 MANATDIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət qulluqçularının orta aylıq əməkhaqqısı ən yüksək Bakı iqtisadi rayonunda, ən aşağı isə Lənkəran-Astara iqtisadi rayonunda olub. Belə ki, Bakı iqtisadi rayonunda dövlət qulluqçularının orta aylıq əməkhaqqısı 2 min 644 manat, Lənkəran-Astara iqtisadi isə 1 328 manat təşkil edib.
Dövlət qulluqçularının əməkhaqqısı barədə daha ətraflı:

















