Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə nərə balığın kürüsünün satışını artırıb.
AQTA: "Avropaya Azərbaycandan akvakultura məhsulları, balıq, kürü, qurbağa ayağı ixrac olunur"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin ilk dörd ayında xaricə 624 min dollar dəyərində 610 kiloqram nərə balığının kürüsü ixrac edilib. Bu, ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 410 ton (3 dəfə), dəyər ifadəsində 380 min dollar 2,6 dəfə artım deməkdir.
Hesabat dövründə ixrac edilmiş nərə balığının kürüsünün bir kiloqramının orta qiyməti 1 023 dollar (1 739 manat) təşkil edib. 2025-ci ilin ilk dörd ayında bu qiymət 1 219 dollar (2 min 71 manat) idi. Yəni son bir ildə bu məhsulun ixrac qiyməti bir kiloqram üçün 196 dollar (333 manat) və ya 15,4% ucuzlaşıb.
Azərbaycanda istehsal edilən nərə balığını kürüsü ən baha Yaponiya, Sinqapur və Avstraliyaya satılıb. Belə ki, bir kiloqramı Yaponiyaya 2 min 599 manata, Avstraliyaya 2 min 422 manata, Sinqapura 2 min 229 manata satılıb.
Ən ucuz satılan ölkələr isə İtaliya və kanada olub. İtaliyaya ixrac edilən nərə balığının kürüsünün bir kiloqramının orta qiyməti 537 manat, Kanadaya ixrac edilən nərə balığının kürüsünün bir kiloqramının orta qiyməti 1 020 manat olub.
Azərbaycan nərə balığının kürüsünün ixrac edildiyi ölkələr və qiymətlər daha ətraflı:




















