Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 7 mlrd 979,9 mln manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda bütün əsas ərzaq və qeyri-ərzaq malları/xidmətlər bahalaşıb – SİYAHI
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 4,7 % azalaraq 797,8 manata çatıb. (Report)