Dövlət Statistika Komitəsi (DSK) fevral ayında ölkədə bahalaşan və ucuzlaşan məhsul/xidmətləri açıqlayıb.
FED.az xəbər verir ki, ərzaq malları arasında fevral ayında əvvəlki aya nisbətən ən çox bahalaşma
- unun,
- manna və qarabaşaq yarmasının,
- makaron məmulatlarının,
- peçenyenin,
- vaflinin,
- toyuq ətinin,
- təzə və dondurulmuş balığın,
- südün,
- yoqurtun,
- xamanın,
- kəsmiyin,
- pendirin,
- yumurtanın,
- kərə və bitki yağlarının,
- limon-portağal-naringinin,
- bananın,
- alma-armudun,
- heyva-narın,
- xurmanın,
- fındıq-şabalıdın,
- kələmin,
- xiyar-pomidorun,
- balqabağın,
- bibər-badımcanın,
- kartofun,
- soğan-sarımsağın,
- şəkər və şəkər tozunun,
- şokolad məmulatlarının,
- çayın,
- kola içkisinin,
- meyvə şirəsinin,
- arağın qiymətində baş verib.
Fevralda ucuzlaşma əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Fevral ayında bahalaşan qeyri-ərzaq malları
2021-ci ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin fevral ayına nisbətən 103,7 faiz təşkil etmişdir. Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma
- sulu boyaların,
- divar kağızlarının,
- kəsilmiş taxtaların,
- sementin,
- kərpicin,
- zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunmuşdur.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ödənişli xidmətlər
2021-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,0 faiz, əvvəlki ilin fevral ayına nisbətən 103,3 faiz təşkil etmişdir. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə bahalaşma
- su təchizatı və tullantı sularının axıdılması xidmətlərində,
- paltarların təmiri,
- ictimai iaşə,
- tibbi və stomatoloji,
- bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində müşahidə edilib.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.