Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda balıq və balıq məhsullarının qiymət indeksi 105% təşkil edib.
Eləcə də bax: Azərbaycan balıq və dəniz məhsullarının idxalını azaldıb, ixracını artırıb
FED.az Banker.az-a itinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, noyabrda balıq və balıq məhsullarının qiymət indeksi əvvəlki aya nisbətən 99.9%, ötən ilin noyabr ayına nisbətən isə 103.4% olub.
Bundan başqa, cari ilin yanvar-noyabr aylarında ölkədə ət və ət məhsullarının qiymət indeksi 103.5% təşkil edib. Noyabrda bu göstərici əvvəlki aya nisbətən 99.8%, ötən ilin noyabr ayına nisbətən isə 101.9% olub.