Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan balıq və dəniz məhsullarının dəyəri azalıb.
Eləcə də bax: Azərbaycandan araq ixracı kəskin azalıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, cari ilin 10 ayında ölkəyə dəyəri 16 412,34 min ABŞ dolları təşkil edən balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1 388,32 min dollar və ya 7,8% azdır.
Hesabat dövründə ölkədən ixrac olunan balıq və dəniz məhsullarının dəyəri cəmi 884,45 min dollar təşkil edib ki, bu da illik ifadədə 431,81 min dollar və ya 95,4% çoxdur. (Apa)