Azərbaycan banklarının filiallarının sayında artım qeydə alınıb.
Eləcə də bax: Azərbaycan banklarının xalis mənfəəti 2%-dək azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, sentyabr ayında ölkədə bank filiallarının sayı 443 olub. Cari ilin avqust ayında isə bank filiallarının sayı 440 idi. Belə ki, son 1 ayda 3 yeni bank filialı açılıb.
Ötən ilin müvafiq dövründə isə bank filiallarının sayı 515 təşkil edib ki, bu da illik müqayisədə bu ilin sentyabr ayında 72 bank filialının bağlanması və ya 14% azalmasıdır.
Bank şöbələrinin sayı isə avqust və sentyabr aylarında 116 olub. 2019-cu ilin sentyabr ayında isə bank şöbələrinin sayı 129 təşkil edib. Beləliklə, ötən ilin eyni dövrünə nisbətən 13 bank şöbəsi bağlanıb.
Qeyd edək ki, əsas bank göstəricilərində müşahidə olunan azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır