Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr ayları ərzində 512,8 mln. manat həcmində xalis mənfəət əldə edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) FED.az-a verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azdır.
Banklar bu müddətdə 1 427,5 mln. manat həcmində faiz gəlirləri (1 132,1 mln. manat kreditlər üzrə faizlər), 484,3 mln. manat həcmində qeyri-faiz gəlirləri əldə edib.
Bu müddətdə bankların faiz xərcləri 362,4 mln. manat (231 mln. manat depozitlər üzrə faizlər), qeyri-faiz xərcləri isə 843,9 mln. manat təşkil edib.