2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana 11 milyon 882 min dollar dəyərində 6 min 843 ton toyuq əti əti idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 548,3 min dollar yəni 4,8% artıb , miqdar ifadəsi ilə təxminən 1 172 ton ( 14,6%) azalıb.
Ötən ilin müvafiq dövründə 11 milyon 333 min dollar məbləğində 8 min 15 ton toyuq əti gətirilib.
1 kq toyuq ətinin idxal qiyməti bu il 2,95 manata başa gəlib. İllik müqayisədə 0,55 manat (22,8%) bahalaşıb.
Bildirək ki, ötən ilin 3 ayının nəticələrinə görə 1 kq toyuq ətinin idxalı 2,40 manat idi.