2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 283 milyon 378 min dollar dəyərində 1 milyon 94 min 975 ton buğda məhsulları idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 105 milyon 632 min dollar yəni 27,2%, miqdar ifadəsi ilə təxminən 73 min ton ( 6,2%) azalıb.
Ötən ilin müvafiq dövründə 389 milyon 10 min dollar məbləğində 1 milyon 167 min 957 ton buğda gətirilib.
1 ton buğdanın idxal qiyməti bu il 259 dollar, ötən il isə 333 dollar təşkil edib. Qiymətlərdə 74 dollar və ya 22,3% ucuzlaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri Azərbaycanın ümumi idxalının 1,79%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə buğdanın idxalı Azərbaycanın ümumi idxalının 3,09%-nə bərabər olub.