Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Azərbaycana rekord həcmdə - 3,7 min ton şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları ixrac edib.
Ötən il Avropa Azərbaycandan 45 milyon avroluq fındıq - İDXAL EDİB
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) bildirir.
2022-ci illə müqayisədə ixracın həcmi 3,8 dəfə artıb, dəyəri isə 2,6 dəfə artaraq 16,8 milyon avro təşkil edib.
2023-cü ildə Azərbaycana şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları ixrac etmiş Aİ ölkələrinin beşliyinə Polşa (4,7 milyon avro dəyərində (artım 5,2 dəfə) 1,5 min ton (artım 9,8 dəfə), Niderland (5,3 milyon avro dəyərində (artım 53 dəfə) 1,4 min ton (artım 49 dəfə), Almaniya (3,4 milyon avro dəyərində (artım 25%) 274 ton (azalma 11%), Belçika (1,3 milyon avro dəyərində (artım 76,9%) 201 ton (artım 30,9%) və İtaliya (0,9 milyon avro dəyərində (azalma 10,3%) 132 ton (azalma 19,8%) daxil olub. (İnterfaks-Azərbaycan)