Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Azərbaycandan 44,6 milyon avro dəyərində (azalma 23,2%) 8,1 min tona yaxın qabığı təmizlənmiş meşə fındığı (azalma 19,9%) idxal edib.
Azərbaycan Almaniyaya meşə fındığını neçəyə satıb? - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarında deyilir.
Hesabat dövründə Azərbaycandan meşə fındığı idxal etmiş Aİ ölkələrinin ilk üçlüyünə Almaniya (23,4 milyon avro dəyərində (artım 64,1%) 4,2 min ton (artım 71,4%), İtaliya (14 milyon avro dəyərində (azalma 2,9 dəfə) 2,5 min ton (azalma 2,8 dəfə) və Polşa (2,7 milyon avro dəyərində (artım 95,6%) 0,5 min ton (artım 81,8%) daxil olub.
Çexiya, Estoniya, İspaniya, Fransa, Litva, Latviya, Polşa və Slovakiya Azərbaycandan kiçik həcmdə meşə fındığı idxal edib. (İnterfaks-Azərbaycan)