"Pasha Holding" şirkətlər qrupunun sponsorluğu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə sentyabrın 5-6-sı tarixlərində keçirilmiş "Viveka Mentorship Program" layihəsində Azərbaycan-Fransız Universitetində 20-dən çox mentor namizəd iştirak edib.
FED.az xəbər verir ki, Türkiyənin nüfuzlu startap akseleratoru "Viveka" qurucusu olan N.Barış Okur bu gün keçirilən "STARTUP ECOSYSTEM SPRING MEETUP" tədbirində Azərbaycanla bağlı görülən işlər və planlardan danışıb.
Bu proqram innovativ startap sahibkarlığını təşviq etməyi qarşısına məqsəd qoyan təşəbbüsdür.
Proqram iştirakçıları Türkiyənin ən qabaqcıl startap mentorlarından innovativ sahibkarlıq sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə ediblər.
Barış Okur çıxışında Azərbaycanla bağlı gələcək planlarından danışıb. O qeyd edib ki, "2024-cü ilin ikinci yarısında Azərbaycan da 2 filial açmaq istəyirik. Biz Azərbaycanda inkişaf və innovasiya üçün böyük perspektivlər görürük. Türkiyədə texnoloji inkişaf nisbətən ləng getsə də, biz inanırıq ki, Azərbaycan sürətli tərəqqi yolunda liderlik edə bilər".
Onun sözlərinə görə, şirkət iki ölkə arasında əməkdaşlıq və mədəni əlaqələri gücləndirmək məqsədi ilə Azərbaycanda açıq innovasiya və istedadların inkişafı proqramlarına start verməyi planlaşdırır.