Sabah Gənclər və İdman Naziri Azad Rəhimov Sabirabad rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə FED.az-a nazirlikdən məlumat daxil olub.
Qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
| Şirvan | 055-3334004 |
| Hacıqabul | 055-7977696 |
| Neftçala | 050-3204242 |
| Saatlı | 055-2115650 |
| Sabirabad | 050-2068677 |
| Salyan | 055-2006665 |









