"Rusiya Türkiyədəki səfirinin ölümünü terror aktı kimi qiymətləndirir və məsələ BMT Təhlükəsizlik Şurasında qaldırılacaq".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilləri cəzalandırılacaq", - deyə o əlavə edib.
Xatırladaq ki, Ankarada Müasir İncəsənət Mərkəzində rəsm sərgisinin açılış mərasimində Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd olub və o, dünyasını dəyişib.