Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan noyabrın 28-də Azərbaycana işgüzar səfər edəcək.
Türkiyəli nazir səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, "Bakutel" beynəlxalq telekommunikasiya və informasiya sərgisində, eləcə də noyabrın 28-də Bakıda keçiriləcək Türk Şurası ölkələrində İKT-nin inkişafı üzrə İşçi qrupunun iclasında iştirak edəcək.
Report©
Türkiyənin naziri Azərbaycana səfər edəcək
14:46
24 Noy 2016