Türkiyədə Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan avtobusun partladılması nəticəsində 9 nəfər şəhid olub.
"Hürriyet" xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseri şəhərindən olan millət vəkili İsmayıl Tamer "A Haber" telekanalına açıqlamasında bildirib.
Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusif Halaçoğlu isə deyib ki, "CNN Türk"ə terror aktının bomba yüklənmiş "Şahin" markalı avtomobil vasitəsilə həyata keçirilb.
AKP-nin Kayseridən olan digər millət vəkili Sami Dədəoğlu yaralıların sayının 15-20 nəfərə yaxın olduğunu söyləyib.
Yaralılar Erciyes Universitetinin tibb fakültəsinin xəstəxanasına və şəhərdəki digər səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım müvafiq qurumların rəhbərlərindən hadisə ilə bağlı ətraflı məlumat alıblar.
10:47
Partlayış yerli vaxtla saat 8:45-də hərbçiləri daşıyan avtobusda baş verib.
"İHA" agentliyinin yaydığı məlumata görə, həlak olanlar var.
10:42
Türkiyənin Kayseri vilayətində Erciyes universitetinin tələbə şəhərciyində güclü partlayış baş verib.
Türkiyə mətbuatının yazdığına görə, partlayış nəticəsində yaralılar var. Zərər çəkənlərin dəqiq sayı hələ məlum deyil.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və xilasedicilər göndərilib.