ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Ford Motor" şirkətinin sabiq rəhbəri Alan Malallinin dövlət katibi postuna namizədliyini irəli sürə bilər. Bu barədə RİA Novosti məlumat verib.
Daha öncə D.Trampın keçid komandasının nümayəndəsi bildirmişdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti A.Malalli və Aydahodan konqresmen Raul Labradorla görüşüb.
Qeyd edək ki, D.Trampın inauqurasiyası 2017-ci il yanvarın 20-də baş tutacaq.