ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri postuna “Quduz köpək” ləqəbi ilə tanınan dəniz piyadalı korpusunun istefada olan generalı Ceyms Mettisi təyin etmək niyyətində olduğunu bəyan edib.
“CBS News” xəbər verir ki, Tramp bu barədə tərəfdarları ilə seçkilərdən sonra keçirdiyi ilk görüşdə bildirib.
“Biz “Quduz köpək” Mettisi müdafiə naziri təyin etməyə hazırlaşırıq”, - deyə Tramp bildirib.
O, Mettisin dahi generallardan biri olduğunu bildirib. Tramp Ceyms Mettisi Pentaqon rəhbəri postuna təyin edəcəyini rəsmi olaraq dekabrın 5-də bəyan edəcək.
Qeyd edək ki, Ceyms Mettis Rusiya prezidenti Vladimir Putinin qızğın tənqidçisi kimi tanınır.
“Quduz köpək” dəfələrlə Rusiyanı “yırtıcı” dövlət adlandırıb.
Apa©