Rusiyanın Ankaradakı səfirliyinə silahlı hücum olub.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, insident fotosərginin açılışı zamanı baş verib.
Sərgi salonuna daxil olan naməlum silahlı şəxs səfir Andrey Karlova atəş açıb.
Son məlumata görə, silahlı hücumdan sonra Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünyasını dəyişib.
Bu barədə RİA Novosti agentliyinə məlumatlı mənbə bildirib.
Məlmatlarda deyilir ki, səfirə atəş açan şəxs öldürülüb. İnsidentdən dərhal sonra hadisə yerinə Türkiyənin daxili işlər naziri Süleyman Soylu gəlib.