“Məzarlıqlarla bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. Gələn il bu layihəyə baxılacaq”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qanun yalnız yeni salınan məzarlıqlara aid olacaq: “Kimsəsiz insanların necə dəfn olunması məsələsi də qanunda əks olunub. Xüsusi kimsəsizlər qəbiristanlığı salınmayacaq. Yəni, ayrı-seçkilik olmayacaq”.
M.Qurbanlı bildirib ki, layihədə öncədən yer götürmək qadağan olunacaq: “Yalnız şəxsin vəsiyyətinə əsasən, kişidirsə xanımın, xanımdırsa həyat yoldaşının yanında dəfn ediləcək. Məzarların hamısı eyni olacaq. Burada əsas məsələ məzarların dəbdəbəli olmasının qarşısının alınmasıdır”.