Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarələrindən biri havaya qalxdıqdan bir müddət sonra radarlardan itib.
Türkiyənin "Habertürk" qəzetinin verdiyi məlumata görə, polis təyyarənin ölkənin şimal bölgəsindəki əraziyə düşdüyünü bildirib.
Çitraldan İslamabada istiqamət alan hava gəmisində 5 pilot, 42 sərnişin olub.
Son məlumata görə, təyyarə dağa çarpılıb.