Azərbaycanlı biznesmen Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupuna daxil olan “Palmali Dənizçilik” ikinci əl tankerlər alıb.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkət Avropada yerləşən banklardan 35 ədəd tanker satın alıb. “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bu məlumatı təsdiqləsə də, tankerlərin qiymətini açıqlamayıb. Türkiyə mətbuatı yazır ki, şirkət rəhbəri bildirib ki, gəmilərin qiyməti məsələsində məxfilik barədə razılaşma əldə edilib. Məlumata görə, sözügedən tankerlərdən 2-si bu ayın sonuna qədər, 10-u fevral, yerdə qalanları isə may ayında “Palmali”nin donanmasına qatılacaq.