Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.
Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncam
M.A.Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 1031 -ci maddəsinin I hissəsini rəhbər tutaraq qərara alıram:
Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 fevral 2017-ci il.